Canlı
Füzulidə yanmış top mərmisi aşkar olundu

2018-05-16 / 19:06

Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisi Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Vüsalə Camal