Füzulidə xeyli sayda silah-sursat aşkar edilib
2021-06-05 14:05
Polis azad edilmiş ərazilərdə profilaktiki tədbirləri davam etdirir. Füzulidə tərk edilmiş hərbi mövqelərdən 11 ədəd avtomat, 5 qumbaraatan, pulemyot, minaatan komplekti, “Foqot” markalı tank əleyhinə raket, 11 əl qumbarası, 23 avtomat darağı, 6804 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fərid Mehdiyev