Füzulidə silah-sursat aşkarlandı
2021-10-30 10:10
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının bu günlərdə keçirdikləri tədbir uğurla nəticələnib. Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot”, 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Nərgiz camal