Canlı
Füzulidə həyətyanı sahədə raket tapılıb

2018-06-12 / 18:27

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Füzuli rayonu, Üçüncü Zobcuq qəsəbəsi, ev 101 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində PQ-7 raketinin arxa mühərrik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Vüsalə Camal