Füzuli rayonunda yol qəzası baş verib
2020-06-19 14:07
Füzuli rayonunda yol qəzası baş verib. İyunun 18-də saat 5 radələrində rayonun 1-ci Qayıdış qəsəbəsi ərazisində rayon sakinlərinin idarə etdikləri “VAZ-21011”lə “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə VAZ-ın sərnişini Rüstəm Ağayev xəstəxanaya aparılarkən yolda ölüb. Daha 7 nəfər isə xəstəxanaya yerləşdirilib.
Nərgiz Camal