Füzuli Peşə Liseyi binasının tikintisi, Şuşa Real Məktəbinin bərpası üçün vəsait ayrıldı
2021-05-20 18:13
Prezident İlham Əliyev Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə dövlət büdcəsindən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Digər sərəncamla nazirliyə Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə daha bir milyon manat ayrılıb.
Vüsalə camal