Füzuli Dövlət Dram teatrının avtomobilindən oğurluq edən şəxs saxlanılıb
2021-03-29 12:09
Sumqayıt polisinə martın 26-da S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın oğurlanması barədə məlumat daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Əsədov saxlanılıb.
Nərgiz camal