Füzuli şəhərinə növbəti köç yola salınıb
Bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə - 104 nəfər Füzuliyə yola salınıb. Bununla da 470-ə yaxın ailənin - 1 750 nəfərin Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.
Azad Mustafayev