Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur

2019-04-15 / 17:00

Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunur. Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli vətəndaşlar iştirak edə bilərlər. 16 aprel saat 9-da Gəncədə, Nazirliyin Regional Mərkəzinin binasında keçiriləcək müsabiqəyə Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir,Tovuz, Ağstafa, Qazax sakinləri, məcburi köçkünlər dəvət olunurlar.

Vüsalə Camal