2020-01-25 18:08
Fövqəladə Hallar Nazirliyi dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib. Bəzən insanların müxtəlif məqsədlərlə yaşayış yerindən uzaqlaşaraq qarla örtülmüş yüksək dağlıq və meşəlik ərazilərə üz tutması sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Belə ki, qış aylarında dağlıq ərazilər üçün xarakterik olan qar uçqunu, yolu azma, vəhşi heyvanların hücumu və s. insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır. Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirmək, şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmaq, o cümlədən dik yamaclardan kənar gəzmək, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönmək tövsiyə edilir.
Fərid Mehdiyev