Fövqəladə hallar naziri Yardımlı şəhərində məcburi köçkünlərin qəbulunu keçirib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. 25 vətəndaşın səsləndirdiyi müraciətlərin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb.

Rühəngiz Hacızadə