Evli qadına qarşı dələduzluq edən şəxs saxlanılıb
2021-10-07 10:06
Sumqayıtda evli qadının külli miqdarda pulunu və qızılını mənimsəyən 23 yaşlı Elnur Alıyev saxlanılıb. O, evli bir qadınla yaxın münasibət quraraq həmin xanıma evlənəcəyini vəd edib və birlikdə yaşaması üçün mənzil lazım olduğunu bildirib. Qadın ona əvvəlcə 12500 manat, sonra isə 3500 manat dəyərində qızıl məmulatları verib. Xanımın yaşadığı mənzildən oğurluq olduğu təəssüratı yaradılsada Polisdə dindirmə zamanı qadın dələduzluğa məruz qaldığını etiraf edib.
Fərid Mehdiyev