Evdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Paytaxtın Sabunçu rayonunda iki evdən ümumilikdə 1690 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev saxlanılıb.Araşdırma zamanı onların ev sahiblərinin evdə olmamasından istifadə edərək pəncərələrin dəmir barmaqlıqlarını sındırmaqla mənzillərə daxil olduqları müəyyən edilib.Abşeron rayonunda yük avtomobillərindən ümumilikdə 10 min 320 manat dəyərində naqil və akkumulyator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P. Allahverdiyev saxlanılıb. Araşdırma zamanı onun rayonun müxtəlif ərazilərində nəqliyyat vasitələrindən oğurluq etdiyi müəyyənləşib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
18 noyabr 2026

