Evdə tiryəkxana təşkil edən 5 nəfər tutulub
2021-03-09 18:10
Paytaxtın Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram heroin, metamfetamin və elektron tərəzilər aşkar olunub. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər.
Vüsalə camal