Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb
2020-06-27 12:06
Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb. Müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə həkim məsləhətlərinə ciddi riayət edilməlidir. Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir.
Fərid Mehdiyev