Ev və avtomobilləri qarət edən şəxs ələ keçdi
Bakıda silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Təbriz Ağalarov müəyyən olunaraq saxlanılıb.Araşdırmalar zamanı müəyyən olunub ki, o, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərin şüşələrini sındıraraq salonlarından pul və digər qiymətli əşyalar oğurlayıb.Onun həmçinin moped, bir evdən isə elektrik naqilləri, işıqlandırma avadanlıqları və təmir alətləri oğurladığı məlum olub.Faktlarla bağlı araşdırma aparılır.
22 iyun 2026

