Ev sahibinə xəsarət yetirib, pul tələb etdi
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan şəxsin başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Quldurluq əməlində şübhəli bilinən, Bakı sakini Tahir Hüseynov saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Ucarda isə iki nəfər şəxs evlərdən birinə basqın edərək 7 000 manat pulu götürüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.
Nərgiz Camalzadə