Ev sahibinin əl-qolunu bağlayıb, 7000 manat pulunu apardılar
Ucarın Çiyni kəndində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7 000 manat pulu aparması barədə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı sakini Cavanşir Kərimov saxlanılıblar.
Vüsalə Cənnətova