ETSN-in iki vəzifəli şəxsi korrupsiyaya görə həbs edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki vəzifəli şəxs rüşvət qismində tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb. Şəxslərin hər ikisi barəsində vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilib.
Lalə Nəsib