Etirazçılara dəstək verən iranlı futbolçu həbs edilib
“Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün 26 il müddətinə azadlıqdan məhrum edilib. 27 yaşlı yarımmüdafiəçi İsfahanda nümayişçilərlə rejim qüvvələri arasında baş vermiş toqquşma zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə günahlandırılıb. İranda hakimiyyət əleyhinə çıxan millinin digər tanınmış sabiq futbolçusu Əli Daeinin ölkəni tərk etməsinə qadağa qoyulub.