Ermənistanın təxribatı nəticəsində yaralanan əsgər əməliyyat olunub
“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”. Bunu ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib. Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib.
Fərid Mehdiyev