Ermənistan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. ANAMA məlumat verilib ki, formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Ermənistan tərəfindən təqdim edilən sənəd keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonlarından keçən hissəsi, habelə 2020-ci ilin noyabrında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanan ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Fərid Mehdiyev