Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
İki il öncənin 27 oktyabr tarixində, Vətən Müharibəsinin 31-ci günündə Tərtər şəhəri və rayonun kəndləri, o cümlədən Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistan Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə 5 nəfər dinc sakin şəhid olub, onlardan biri 7 yaşlı uşaqdır. 13 nəfər isə xəsarət alıb. Bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib. Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Ordumuz bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib.