Ermənistanda azərbaycanlı əsgərə qarşı cinayət işi açılıb
Laçında əlverişsiz havada azan Azərbaycan əsgəri Ermənistanda həbs edilib. Hərbçi Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava səbəbindən istiqaməti itirərək azıb.
Fərid Mehdiyev