Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirləri görülməlidir - Baş Prokurorluq
Baş Prokurorluq Vətən müharibəsi zamanı Bərdə şəhərinə raket hücumları ilə əlaqədar bəyanat yayıb. 2020-ci il oktyabrın 5, 8 və 27-də Bərdə rayonunun raket və ağır artilleriyadan bombalanması nəticəsində 4-ü qadın, 2-si kişi, 1-i uşaq olmaqla 7 nəfər qəsdən öldürülüb, 9-u qadın, 13-ü kişi, 7-si uşaq olmaqla 29 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib. Baş Prokurorluq beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisinin qətli ilə nəticələnən müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirləri görməyə çağırır.