Ermənistan tərəfindən döyüşən xarici vətəndaşların bir qismi axtarışa verilib
"Bu günədək Ermənistandan bir nəfər də olsun törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməyib". Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva bildirib ki, Ermənistan özünün də üzv olduğu Cenevrə konvensiyasının normalarını pozub. Onun sözlərinə görə, bütün materiallar protokol üzrə toplanıb, İnsan hüquqları üzrə Avropa məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb.