Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir
Xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib. İki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub. Ceyhun Bayramov Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib. Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb.