Ermənistan Kamil Zeynallını qətldə ittiham edir
Ermənistan Kamil Zeynallını 2020-ci il 29 sentyabr tarixində, yəni Vətən müharibəsi başlayandan iki gün sonra axtarışa verib. Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135, 147-ci maddələri ilə ittiham olunur. Ermənistan tərəfi onu qətldə ittiham edir. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.
Fərid Mehdiyev