Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib
Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bunu xarici işlər naziri Ceyhun Bayramov Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib. “Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir”, - deyə nazir əlavə edib.
Vüsalə Cənnətova