Ermənilərin Laçın yolundan hərbi məqsədlərlə istifadəsinin peyk görüntüləri yayıldı
Ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb. Bu, adıçəkilən yolun müstəsna olaraq humanitar məqsədlərlə istifadəsini nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlərlə istifadə etdiklərinin daha bir əyani sübutudur. Görüntüləri Kəpəz TV-də saat 16-30-da yayıma başlayacaq "Kəpəz xəbər"də izləyə bilərsiz.