Erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır - Allahşükür Paşazadə
Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, xalqını, dövlətinin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır.