2020-01-08 10:00
“Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümidli olduğunu bildirib: “Belə olan halda biz Ermənistanla əlaqələrimizi normallaşdıracağıq. Bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik. Ermənistanla sərhədlərin açılması bu ölkənin xeyirinə olacaq. Çünki Ermənistan öz daxilində təcrid olunmuş vəziyyətdə qalıb” deyə türkiyəli nazir vurğulayıb.
Vüsalə Camal