Ermənistanla sərhəd zastavasının atəşə tutması ilə bağlı yayılan məlumat dezinformasiyadır
2020-10-29 18:00
Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır. Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Müdafiə Nazirliyi bir daha bildirir ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur.
Nərgiz Camal