Ermənistandan növbəti təxribat: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutub

2021-06-03 12:00

İyunun 2-si axşam saatlarından, iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri, dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən, ordumuzun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini, qumbaraatan və iri çaplı silahlardan istifadə etməklə növbəti dəfə atəşə tutub. Bu barədə müdafiə nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri dərhal cavab tədbirləri görüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Vurğulanır ki, Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik