Ermənistanda vətəndaş itaətsizliyi çərçivəsində etiraz aksiyaları davam edir
2020-12-09 18:09
Ermənistanda vətəndaş itaətsizliyi çərçivəsində etiraz aksiyaları davam edir. Erməni KİV-lərinin məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət partiyaları nümayəndələri Yerevanda parlament binasına doğru yürüşə başlayıb. Parlament ətrafına çoxlu sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.
Nərgiz Camal