Ermənistanda saxlanılan iki azərbaycanlının məsələsi Avropa Şurası komissarı ilə müzakirə edilib
Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu yaxında ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarının qarşısında qaldırılıb. Bu barədə Ombudsman Səbinə Əliyeva bildirib. "Gözləyirik ki, tez bir zamanda xəbər alaq" – deyə Ombudsman qeyd edib. Həmcinin Bakıda həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradıldığını qeyd edib.
Lalə Nəsib