Ermənistanda etirazçılar universitet binasına basqın edib, hərbçilə qiyam qaldırıb
2021-02-24 14:05
Dünən gecə Ermənistanın Ararat bölgəsindəki hərbi hissələrdən birində insident yaşanıb. Erməni əsgərlərin maşınlarla Qarabağa aparılması hərbçilərin müqavimət ilə nəticələnib. Onları avtobusa mindirmək mümkün olsa da, sonradan yolun ortasında avtobusdan eniblər. Valideynlər və hərbçilər etiraz etmək üçün hərbi hissənin qarşısına toplaşıblar. Ermənistan paytaxtında isə baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvan Dövlət Universitetinin binasına daxil olublar. Aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırıblar. Etirazçıların digər qismi isə Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.
Nərgiz camal