Ermənistanda etirazçılar Müdafiə Nazirliyinin binasına daxil olublar

2020-12-17 10:06

Ermənistan hakimiyyəti həqiqəti təhrif etməyə və narazılıq dalğası doğuran informasiyanı ictimaiyyətdən gizlətməyə davam edir. Yerli mətbuatın yazdığına görə, indiyə qədər Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə rəsmən bildirilməyib. Nikol Paşinyan hakimiyyəti hələlik 3 000-dən çox hərbçinin həlak olmasını açıqlayıb. Amma müxalifət itkilərin bu rəqəmdən çox olduğunu deyib. Hökumətdəki mənbələr isə hazırda 1 400 nəfər itkinin və morqlarda şəxsiyyəti məlum olmayan 700 meyitin olduğunu bildirib. Övladlarını, yaxınlarını axtaranlar amma tapa bilməyənlər isə etiraz aksiyası keçirirlər. Ermənistan Müdafiə Nazirliyi qarşısında baş tutan növbəti belə aksiyada etirazçılar nazirliyin qapısını sındırıb binaya daxil olublar. Valideynlər qəzəblidirlər və göstərilən laqeydliyə görə hərbi rəhbərlikdən izahat tələb edirlər.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik