Ermənistanda dekabrın 22-də Respublika meydanında mitinq olacaq
2020-12-21 10:09
Ermənistanda dekabrın 22-də Respublika meydanında mitinq olacaq. Hökumət və başqa nazirliklərin binasına gedən yollar bağlanacaq, ümumrespublika tətili elan ediləcək. Ölkə ərazisində təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq. Erməni KİV-ləri bildiriblər ki, “daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan erməniləri tətili dəstəkləməyə çağırıb.
Vüsalə Camal