Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb
2020-10-15 12:03
Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub. Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı və qadınları cəlb edir.
Nərgiz Camal