Ermənistanda dözümsüzlük və ksenofobiyanın artdığı müşahidə olunur. Leyla Abdullayeva
2021-05-20 14:11
Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasının məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verildiyini bildirib. Abdullayeva Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığının müşahidə edildiyini də qeyd edib.
Vüsalə Camal