Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
2020-10-17 15:00
Düşmən mövqelərinə raket-artilleriya zərbələri endirilib. Müdafiə Nazirliyindən o da bildirilib ki, bu gün gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib. Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.
Vüsalə Camal