Ermənistana dizel yanacağı daşıyan qatar Biləcəridən yola düşüb
Azərbaycandan Ermənistana dizel yanacağının növbəti partiyası göndərilib. 974 ton dizel yanacağı yüklənmiş 16 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılacağı bildirilib.
21 aprel 2026

