Ermənistana casusluq edən şəxs həbs edilib
2021-10-02 14:11
Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 51 yaşlı Zəkiyev Aydın Zəki oğlunun casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb. Zəkiyev məhkəmənin qərarı ilə həbs edilib.
Nərgiz camal