Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətməyə nail ola bilməyəcək. Prezident İlham Əliyev
2021-03-05 18:08
Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Necə ki, onları qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında onu da onu da bildirib ki, Qarabağın bərpası ilə bağlı əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Vəfa Şairova