Ermənistan yalan məlumatlar yaymaqla cəmiyyətdə mövcud narazılıqlara təsir etmək istəyir
“Biz birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız, yalan məlumatları ilə üzləşirik”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Ermənistan rəsmilərinin sentyabrın 12-14-də baş vermiş hərbi təxribat zamanı Azərbaycan Ordusunun 400 nəfərdən çox itkisinin olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz.