Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır
2021-10-16 10:09
Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar tamamilə yalandır. Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəf belə yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır. Azərbaycan Ordusunun bölmələri istənilən təxribatın qarşısını qətiyyətlə alacaq.
Fərid Mehdiyev