Ermənistan XİN Laçın yolunun bağlanması və Qarabağdakı ermənilərin sayı barədə yalan xəbərlər yaymaqda davam edir
"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə tviterdə yazıb. "Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür", - deyə nazirlik rəsmisi qeyd edib.