Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə proses davam edir. Bu gün iclasda Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata verdiyi müsahibə sübut kimi tədqiq olunub. Qriqoryan müsahibəsində keçmiş prezidentlər Koçaryan və Sarkisyanın işğal prosesində iştirakından danışıb, yüksək rütbəli hərbçilərin Azərbaycan ərazilərinə göndərildiyini, kəndlərin dağıdıldığını və azərbaycanlıların terrora məruz qaldığını etiraf edib. Məhkəmə prosesi Ermənistanın törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə davam edir.