Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb
2020-10-02 15:06
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alınıb. Azərbaycanlı e-poçt istifadəçilərinə guya Azərbaycan hakerləri tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır, istifadəçi adı və parol istənilir. Nazirlik vətəndaşlardan bir daha xahiş edir ki, hər hansı şübhəli keçidə daxil olmasınlar, faylı və ya tətbiqi yükləməsinlər.
Nərgiz Camal